Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129203
az

“Quska” Prezidentə müraciət etdi- İstintaq yeniləndi

13:3430 Yanvar, 2025
59
KRİMİNAL
  • A

“Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Oxu24.com  un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas “Quska”nın Prezident İlham Əliyevə göndərdiyi müraciətin elanı ilə başlayıb.

Təqsirləndirilən şəxs yenə də prosesə onlayn qoşulub. Məhkəmədə onun vəkilləri Cavad Cavadov və Günay İsmayılova iştirak edib. 

Xatırladaq ki, bundan əvvəlki iclasda iş üzrə məhkəmə istintaqı tamamlanmış, prokuror ittiham nitqi ilə çıxış etmişdi. Ardıcıllığa görə bu gün müdafiə tərəfi çıxış etməli idi. 

Amma yuxarda qeyd edilən müraciət səbəbindən məhkəmə istintaqı yenilənib. 

Belə ki, bir müddətdir həbsdə olan və xəstəlikdən əziyyət çəkən H.Abdullayev Prezident İlham Əliyevə müraciət edib. “Quska” dövlət başçısına göndərdiyi müraciətdə səhhətindəki problemləri, həbsxanada çəkdiyi əziyyəti və yaşlı anasının düşdüyü durumdan bəhs edib. Qeyd edilən səbəblərdən və özünü təqsirli bilmədiyindən həbsdən azad edilməsini xahiş edib.

İstintaq yeniləndikdən sonra prokuror təqsirləndirilən şəxsə əlavə suallar verib. Amma “Quska” sualları yersiz hesab edib. O, sadəcə ittihamları qəbul etmədiyini təkrarlayıb.

Sonda prokuror yenidən çıxış edib və əvvəlki çıxışındakı kimi H.Abdullayevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 13-ü davam edəcək.

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib. O bu dəfə cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında ittiham edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi