Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129201
az

“İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”

13:2430 Yanvar, 2025
82
TİBB
  • A

“Kəndlərə dərmanlar mobil apteklər vasitəsilə çatdırılmalıdır”.

Oxu24.com   xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-nin İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdəki dinləmə zamanı bildirib. 

“Dövlət proqramları çərçivəsində pulsuz təmin edilən dərman vasitələri əsasən poliklinkalarda, ailə sağlamlıq mərkəzlərində və digər müəssisələrdə paylanılır. Bu isə kəndlərdə yaşayan əhali üçün çətinliklər yaradır. Bu dərmanlar mobil apteklər vasitəsilə həftənin konkret günlərində bütün qaydalara riayət etməklə əhaliyə çatdırılsın. Amma insan bir dərman almaq üçün kənddən rayon mərkəzinə gəlməsin, bu insanlar üçün müəyyən narahatlıqlar yaradır”, - deyə Ş.İsmayılova deyib.

Komitə sədri Əhliman Əmiraslanov isə cavab olaraq bunun mümkün olmadığını qeyd edib: “Şiş əleyhinə olan kimyəvi dərman vasitələrinin bölgələrdə xəstələrə çatdırılması qeyri-mümkündür. Çünki şiş əleyhinə olan dərmanlarla müalicəni aparmaq üçün stasionar şərait lazımdır. Hələlik bölgələrdə bunu həyata keçirmək mümkün deyil”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi