Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129192
az

Canlı efirdə qeyri-etik hərəkət etdi, üzr istədi- Video

12:2630 Yanvar, 2025
17
DÜNYA
  • A

Türkiyənin “TV100” kanalının aparıcısı Kübra Par efirdə etdiyi qeyri-etik əl hərəkətinə görə üzr istəyib.

Oxu24.com    xəbər verir ki, o, canlı efirdə bununla bağlı açıqlama verib.

“Bu gün mənim üçün ağır gündür. Bir jurnalist kimi yox, ailənizin bir üzvü kimi verilişimizə üzrxahlıqla başlamaq istəyirəm. Efir bitdiyi zaman çox böyük səhv etdim. Dünən çox utandım. Canlı yayımlar zamanı çox diqqətli davranmaq məcburiyyətindəyəm, illərimi həsr etdiyim peşəmdə hər zaman bu şüurla hərəkət etməyə çalışmışam. Lakin elə bildim ki, yayımdan çıxmışıq, kamera artıq məni çəkmir”, - K.Par vurğulayıb.

Aparıcı bildirib ki, onun bu hərəkəti etməsinə səbəb rejissorla zarafatı olub: “Rejissorumuz efir bitəndən sonra bir söz dedi, onunla daha öncə mərc etmişdik. Mənim dediyim olduğu üçün ona yersiz bir hərəkət etdim. Özümə heç yaraşmayan bir davranış idi. Yəni, bu hərəkətimin dünən gedən xəbərlərlə və gündəmlə heç bir əlaqəsi yox idi. Jurnalistikanın təməl prinsiplərinə əməl etməliyik. İllərdir məni izləyirsiniz. Sizdən və bu yayımda əməyi olan bütün komanda yoldaşlarımdan səmimi qəlbdən üzr istəyirəm”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsveç Rusiyaya görə Olimpiadaları boykot etməsi ilə bağlı suala cavab verdi
İsrail fələstinli məhbuslar üçün “unudulmaz hədiyyələr” buraxmağa başlayır
Çaydan 40 nəfərin meyiti tapıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi