Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129169
az

Hər gün yumurta yemək bu xəstəliyin dərmanıdır

10:0030 Yanvar, 2025
34
CƏMİYYƏT
  • A

Nevrologiya mütəxəssisləri Prof. Dr. Ahmet Erdem və Prof. Dr. Lütfü Hanoğlu yumurtanın beyin sağlamlığı üçün mühüm rol oynadığını və Alzheimer xəstəliyinin qarşısını almağa kömək edə biləcəyini vurğulayıblar.

OXU24.COM  xəbər verir ki, Medipol Mega Universitet Xəstəxanasının mütəxəssisləri tərəfindən aparılan son elmi tədqiqatlar göstərir ki, yumurta istehlakı yaddaşı gücləndirir və idrak funksiyalarını qoruyur. Xüsusilə xolin adlı maddə beyin hüceyrələrinin fəaliyyətini dəstəkləyərək Alzheimer riskini azalda bilər.

Prof. Dr. Hanoğlunun sözlərinə görə, yaşlı insanlarda balanslı qidalanma və fiziki fəaliyyət sağlam yaşlanmanın əsasını təşkil edir. Əvvəllər yumurtanın tərkibində yüksək xolesterin olduğu üçün sağlamlığa zərərli hesab edilsə də, müasir araşdırmalar bu fikrin yanlış olduğunu ortaya qoyub.

Milli.Az xəbər verir ki, "Yumurta ürək və beyin sağlamlığı üçün çox faydalı bir qidadır", - deyə Dr. Mehmet Özcan bildirib.

Mütəxəssislər təkcə yumurta deyil, balanslı qidalanma və fiziki fəaliyyətin də əhəmiyyətini vurğulayırlar. Alzheimer və digər neyrodejenerativ xəstəliklərdən qorunmaq üçün aşağıdakı məqamlara diqqət yetirmək tövsiyə olunur:

Balanslı və sağlam qidalanma
Yumurta və beyin üçün faydalı qidalar istehlak etmək
Müntəzəm fiziki fəaliyyət göstərmək
Zehni fəaliyyətlərə vaxt ayırmaq (oxumaq, öyrənmək, zehni oyunlar oynamaq)

Bu tövsiyələrə əməl edərək beyin sağlamlığınızı qoruya və Alzheimer xəstəliyinin yaranma riskini azalda bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pişik iti "əsir" götürdü - VİDEO
Piyada keçidləri də işıqlandırılacaq
Tıxaclardan qurtuluruq -Yeni çəkiləcək yollar bunlardır

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb