Türkiyədə 13 il əvvəl yoxa çıxan S.T adlı qadını öldürməkdə günahlandırılan Hasan Bulutun cinayətdən 10 gün sonra arvadı ilə həccə getdiyi ortaya çıxıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəllər müəllim kimi işləmiş Hasan Bulut polis tərəfindən saxlanılıb və törətdiyi cinayəti etiraf edib.
Evli və 2 övladı olan H.Bulut sevgilisinin hamilə olduğunu dedikdən sonra onu təpənin başına çıxarıb və boğaraq öldürüb.
Polisə verdiyi ifadəsində cinayətdən 10 gün sonra arvadı ilə həccə getdiyini deyən adam törətdiyi əmələ görə peşman olduğunu da bildirib.
Oxu24.com
ŞƏRHLƏR