Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129109
az

Estoniya Baltik dənizindən keçid üçün ödəniş tələb edir

17:3929 Yanvar, 2025
30
DÜNYA
  • A

Estoniya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur gəmilərdən Baltik dənizindən keçmək üçün pul tələb etməyi təklif edib.

 

Oxu24.com  xəbər verir  ki,O, bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.

 

"Biz bir gün şirkətlərin Danimarka boğazlarından keçəndə pul ödədiklərini görə bilərik, çünki bu, mahiyyətcə kabellərin zədələnməsi halında sığorta haqqıdır", - nazir deyib.

 

Onun sözlərinə görə, kabellərdə qəzaların qarşısını almaq üçün yaxın vaxtlarda akvatoriyada lövbərləri aşkar edən xüsusi sensorlar, o cümlədən infrastrukturun mühafizəsi üçün hasarlar quraşdırıla bilər.

 

Yanvarın 26-da Latviya və İsveç arasında keçən sualtı fiber optik kabel, ehtimal ki, xarici təsir nəticəsində zədələnib. Bunun ardınca Latviyanın baş naziri Evika Silina məsul xidmət və nazirliklərin iştirakı ilə müşavirə çağırıldığını elan edib.

 

Bu, ilk belə hadisə deyil. Belə ki, 2024-cü il dekabrın 26-da Finlandiya Sərhəd Mühafizəsi Finlandiyanı Estoniya ilə birləşdirən Estlink 2 sualtı elektrik kabelinin zədələnməsində əli olduğu güman edilən Eagle S tankerini saxlayıb. Əvvəllər Baltikdə C-Lion1 və Arelion rabitə kabelləri, həmçinin Balticconnector qaz kəməri zədələnmişdi. Estoniyanın xarici işlər naziri bəyan edib ki, belə tez-tez zərər Rusiyanın “kölgə donanmasının” hərəkətləri ilə bağlı ola bilər.

 

Bundan əvvəl Dövlət Duması Britaniyanın Rusiya gəmilərini saxlamaq niyyətini qiymətləndirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsveç Rusiyaya görə Olimpiadaları boykot etməsi ilə bağlı suala cavab verdi
Avropa qazın maksimal qiymətinə qoyulan məhdudiyyətləri aradan qaldırır
Kenquru kişini xəstəxanalıq etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi