Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129059
az

Fransa Qrenlandiyaya qoşun göndərməyə hazır olduğunu bildirib

21:3328 Yanvar, 2025
63
  • A

Fransa muxtar ərazi kimi Danimarkanın bir hissəsi olan Qrenlandiyaya qoşun yeritməyə hazırdır.

 

Bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro Sud Radio ilə söhbətində deyib.

 

Nazirin şərhi ABŞ prezidenti Donald Trampın adanı ilhaq etmək təhdidləri fonunda verilib. Lakin Barronun sözlərinə görə, Vaşinqton öz planını həyata keçirə bilməyəcək. “Avropa İttifaqının sərhədləri müzakirə mövzusu deyil... Aİ ilə münaqişəyə girmək heç kimin marağında deyil” deyə o, əmin edib.

Fransa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Arktika yeni münaqişə meydanına çevrildiyi üçün qoşunların göndərilməsi zəruri tədbirdir. "Danimarka daha 2 milyard avro sərmayə qoymaqla bu ərazidə hərbi mövcudluğunu artıracağını açıqladı... Biz Arktikanı xarici təsir və ya müdaxilədən qorumaq üçün daha çox iş görməliyik", - o izah edib.

Bundan əvvəl məlum olmuşdu ki, Danimarka hakimiyyəti Avropa İttifaqı və NATO-nu Trampın təhdidlərinə məhəl qoymamağa çağırıb. Qeyd olunur ki, Kopenhagen Brüssel və Şimali Atlantika Alyansı ilə Qrenlandiya məsələsinin ictimai müzakirəsinin minimuma endirilməsi strategiyasını razılaşdırıb.

Yanvarın 25-də Danimarkanın baş naziri Mette Frederiksen Trampla söhbəti zamanı bildirib ki, Qrenlandiya satılmır. Tərəflər arasında söhbətin “çox pis” getdiyi bildirilir. Frederiksenin hərbi bazalar sahəsində əməkdaşlığı genişləndirməyi təklif etməsinə baxmayaraq, ABŞ prezidenti baş nazirin sözlərinə “aqressiv və qarşıdurma” ilə cavab verib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Panasonic" bazardan çıxır
Rusiya NATO-nun Baltik dənizindəki əməliyyatına cavab tədbirləri görəcək
Ermənistan və İran strateji tərəfdaş olacaqlar

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Bakıda 9 avtomobildən və 7 evdən oğurluq    edənlər      tutuldu