Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129045
az

Danimarka Xarici İşlər Nazirliyi Qrenlandiyanın Trampa getməyəcəyini bildirib

18:4328 Yanvar, 2025
53
DÜNYA
  • A

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı almayacaq.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib.Bu barədə  Danimarkanın “Ekstra Bladet” qəzeti yazır.

 

“Tramp Qrenlandiyanı almayacaq. Qrenlandiyanın sakinləri, o cümlədən beynəlxalq hüquq baxımından bir xalqdır. O, beynəlxalq hüquq və BMT Nizamnaməsi ilə qorunur”, - XİN rəhbəri bildirib.

 

Rasmussen qeyd edib ki, istənilən halda adanın taleyini onun sakinləri müəyyən etməlidir.

 

Yanvarın 25-də Financial Times qəzeti prezident Trampın Danimarkanın baş naziri Mette Frederiksenlə keçən həftə telefon danışığının dəhşətli keçdiyini yazıb. Jurnalistlərin fikrincə, Amerika lideri Danimarkanın adanı satmaqdan və ya təhvil verməkdən imtina etməsinə baxmayaraq, Qrenlandiyanın ilhaqı ilə bağlı niyyətlərinin ciddiliyində israr edib.

 

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb, Rusiya Xarici İşlər Nazirliyi isə Trampın rəsmi olaraq vəzifəyə başlamasını gözləməyə çağırıb. Respublikaçılara nə üçün yeni ərazilər lazım olduğu Gazeta.Ru-nun məqaləsindədir.

 

Bundan əvvəl Qrenlandiyanın baş naziri demişdi ki, adanın sakinləri amerikalı olmaq istəmirlər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bloomberg Kərimovun SpaceX-dəki payı barədə məlumat yayıb
Gürcüstan Ermənistana dəstək çıxdı
Kremldən təyyarə qəzası ilə       bağlı      başsağlığı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb