Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129034
az

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş oldu

15:0328 Yanvar, 2025
39
CƏMİYYƏT
  • A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının məhsulları daha 3 maliyyə qurumu tərəfindən inteqrasiya edilib.

SİMA ilə xidmətlərini rəqəmsallaşdıran qurumlar “MFX-Tradining Investment Company” ASC, “Krapp” MMC və “AllAll Finance” MMC olub.

Kredit, anderraytinq, portfelin idarə olunması, investisiya tədqiqatı və məsləhət xidmətləri kimi sahələrdə fəaliyyət göstərən “MFX-Trading” şirkəti rəsmi veb-saytında “SİMA İmza” vasitəsilə maliyyə əməliyyatlarında imzalama prosesini rəqəmsallaşdırıb. 

“AllAll Finance” platformasında da istifadəçilərə “SİMA İmza” həlli ilə veb-sayt üzərindən lombard krediti müqaviləsini imzalamaq imkanı təqdim edilir.

“Krapp” mobil tətbiqində isə “SİMA KYC” həlli ilə istifadəçilərin identifikasiyası etibarlı və qanuni şəkildə aparılır. Mobil tətbiq vasitəsilə istifadəçilərə maliyyə xidmətləri göstərilir.

Qeyd edək ki, SİMA platformasına daxil olan həllər sayəsində bir çox fiziki proseslər etibarlı şəkildə rəqəmsallaşdırılır. “SİMA İmza” istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. “SİMA KYC” isə qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. SİMA məhsulları ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AAYDA Qarabağ və Şərqi Zəngəzurda görülən         işləri      açıqlayıb
“Həzi Aslanov” stansiyasında görüləcək      işlər      açıqlandı
Azərbaycanda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb