Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128981
az

Aktyorlarla bağlı istintaq başladıldı

10:4728 Yanvar, 2025
111
ŞOU-BİZNES
  • A

Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu haqqında araşdırma başladılıb.

 Oxu24.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar yalançı şahidlik etməkdə ittiham olunurlar.

Belə ki, hər iki aktyor “Gəzi Parkı” etirazlarına öz istəkləri ilə qatıldıqlarını bildiriblər. Lakin prokurorluq Halit Ergenç və Rıza Kocaoğlunun ifadəsini etibarlı hesab etməyib.

Ergenç və Kocaoğlu ifadələrində hadisənin əsas iştirakçılarından biri olan Mehmet Ali Alabora ilə etirazlar ərəfəsində münasibət saxladıqlarını, eləcədə hadisələr zamanı birgə görüntüləri olmasına baxmayaraq əlaqədə olduqlarını inkar ediblər. Bununla da aktyorlar barədə istintaq başladılıb.

Xatırladaq ki, prodüser Ayşe Barım “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib. “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd” ittihamı ilə ədliyyəyə sövq edilən Barım sülh cinayət məhkəməsi tərəfindən həbs edilib. O, həmçinin şirkətinə bağlı olan aktyorları aksiyalara çəkməkdə günahlandırılır.

Bir müddət əvvəl də Barımın “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində şirkətinə bağlı olan aktyorların sözügedən etirazlara qoşulub-qoşulmadığı ilə araşdırma başladılıb. Aktyorlar Halit Ergenç və yoldaşı Bergüzar Korel, Dolunay Soysert, Mehmet Günsür və Rza Kocaoğlu dindirilmək üçün ədliyyəyə çağırılıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Piyasa” üçün hicab taxdı- Fotolar
Ad günü məclisinə gəlinlik və bəy kostyumu geyindilər- Fotolar
“Cücələrim”i bir də belə dinləyin- Video

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi