Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128961
az

Bill Qeyts boşanmağın həyatının ən böyük səhvi olduğunu etiraf etdi: "Bədbəxtlik gətirdi"

22:0027 Yanvar, 2025
97
CƏMİYYƏT
  • A

"Microsoft"un qurucusu, amerikalı biznesmen Bill Qeyts həyatının ən böyük səhvini açıqlayıb.

OXU24.COM xəbər verir ki, o, 27 illik nikahdan sonra Melinda Qeytslə boşandığı üçün çox peşman olduğunu etiraf edib.

Milarder valideynlərinin 45 il davam edən nikahından nümunə götürmək istədiyini, ancaq xarakter səbəbilə bunun mümkün olmadığını bildirib.

"Mən Melindanı anamdan bir az sakit olmağa həvəsləndirirdim, amma biz ikimiz də kifayət qədər coşqun idik", - deyə Qeyts qeyd edib.

O, boşanmadan sonrakı ilk bir neçə il xüsusilə özünü çox məyus hiss etdiyini söyləyib:

"Bütün yetkin həyatını bir insanla keçirməkdə qeyri-adi bir şey var. Birgə xatirələr, birlikdə əldə etdiyiniz nailiyyətlərin dərinliyi və uşaqların dünyaya gəlməsi - bütün bunlar xüsusidir. Boşananda bu, inanılmaz dərəcədə çətin idi. Boşanmaq mənə və Melindaya ən azı iki il bədbəxtlik gətirdi".

Xatırladaq ki, cütlük 2021-ci ildə ayrıldıqlarını elan edib. Boşanmaya Qeytsin xəyanətinin səbəb olduğu barədə şayiələr yayılıb. Onların Cennifer, Rori və Fibi adlı üç övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı
Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+