Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12895
az

Biz Şuşaya,Şuşa bizə 27 ildir həsrətdir

00:1708 May, 2019
727
CƏMİYYƏT
  • A
 
Şuşa şəhərinin erməni silahlı qəsbkarları tərəfindən işğal edilməsindən 27 il ötür...
 
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını dağıdıb.
 
Həmçinin erməni quldurları Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini yerlə-yeksan edərək buradakı nadir sənət incilərini talayıblar.
 
Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
 
Məlumat üçün bildirək ki, dəniz səviyyəsindən 1420 metr hündürlükdə yerləşən şəhərin sahəsi 5,5 km²-dir.
 
Təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. İlk çağlarda Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılıb.
 
Şuşada 17 məhəllə vardı  - Seyidli, Culfalar, Quyuluq, Çuхur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...