Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128934
az

“Göyün yeddinci qatında məni ilk Röya təbrik etdi...”- Video

15:2727 Yanvar, 2025
59
ŞOU-BİZNES
  • A

Ötən gün doğum gününü qeyd edən Xalq artisti Aygün Kazımova açıqlaması ilə diqqət çəkib.

 Oxu24.com   xəbər verir ki, “Afaqla onlar” proqramına qonaq olan sənətçiyə veriliş zamanı sürpriz olunub.

Belə ki, hazırlanan videoçarxda Xalq artisti Röya Ayxan Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. O, həmkarının ünvanına xoş sözlər söyləyib:

“Ad gününü təbrik edirəm, cansağlığı arzu edirəm. Baxmayaraq ki, nə vaxtsa böyük qalmaqalımız olub. İllər keçir, biz böyüyürük, bəzi şeyləri başa düşürük. Cansağlığı, sənətdə uğurlar arzulayıram. Bizim rəqabətimiz mahnı üstündə olsun. Onsuz da heç vaxt şəxsi münasibətdə problem olmayıb. Bu, sənətlə, yəni balaca dedi-qodularla oldu. Sizi sevirəm”.

54 yaşlı Xalq artisti isə videonu izlədikdən sonra bunun onun üçün sürpriz olmadığını və elə ilk olaraq doğum günü təbrikini də Röyadan aldığını bildirib:

“Düz deyir, o məni, mən də onu çox sevirəm. Bir neçə gün əvvəl göyün yeddinci qatında məni ilk Röya təbrik etdi. Həmin gün biz eyni təyyarə ilə tədbirdən qayıdırdıq. Gəlib məni təbrik etdi, qucaqlaşdıq, öpüşdük. Başqa necə ola bilər? Başqa cür olmamalıdır. Bəzi xoşagəlməz şeylər yaşanıb. İndi Röya da böyüyüb, böyük qızdır. Mən də böyümüşəm, böyük qızam. Bilirəm ki, doğrudan da, Röyanın mənə böyük sevgisi var. Bu, qarşılıqlıdır. Röya, canım, mən də səni sevirəm”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır
Zaurla Əminə Şirin arasında gərginlik - Efirdən getdi
Ayla qəzaya düşdü,    vəziyyəti     ağırdır

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi