Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128928
az

Qatarı 1 saata yaxın gecikdirən sənişinlər cərimələndi

14:2927 Yanvar, 2025
29
CƏMİYYƏT
  • A

Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti Azərbaycan Dəmir Yollarının Ağstafa–Bakı qatarının mənzil başına gec çatması və digər sərnişinlərin ciddi narahatlığına səbəb olub.

 Oxu24.com    xəbər verir ki, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərək kənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtina etməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53 dəqiqə gecikmə ilə çatib 

Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkən polis əməkdaşları tərəfindən bölməyə aparılaraq barələrində inzibati protokol tərtib olunub.

Qeyd edək ki, “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat”a əsasən, ADY-nin rayonlararası istiqamətlərə hərəkət edən sərnişin qatarlarına minik zamanı stansiyalarda quraşdırılmış yoxlama məntəqəsində sərnişinin gediş sənədi (bilet), gediş sənədinin rəsmiləşdirilməsində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədin əsli, eləcə də əl yükünün çəkisinin və ölçülərinin (qabarit) müəyyən edilmiş qaydalara uyğunluğu yoxlanılır. Bundan başqa  Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın 3.9.1. bəndinə uyğun olaraq qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını pozan sərnişinlər polis tərəfindən qatardan düşürülə bilər, həmçinin 3.31.10. bəndinə uyğun olaraq sərnişinlər tərəfindən vaqon bələdçisinin və qatarın digər işçilərin işinə maneçilik törədilməsinə yol verilməməlidir. 

Sərnişin məmnuniyyətinin, eləcə də xidmət keyfiyyətinin artırılmasına, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirən ADY vətəndaşları “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat” riayət etməklə qatarın hərəkətə başlamasından 1 saat öncə yoxlama məntəqələrində qeydiyyatdan keçməyə və qatarın hərəkətinə mane olacaq davranışlardan çəkinməyə çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"İstintaq bitmədən bir həkimin həbs edilməsi məni çox narahat etdi" - Kardioloq Üzeyir Rəhimov
AAYDA Qarabağ və Şərqi Zəngəzurda görülən         işləri      açıqlayıb
“Həzi Aslanov” stansiyasında görüləcək      işlər      açıqlandı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb