Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128865
az

Hər gün sarımsağı bişirib yeyin, görün nə olur

11:0026 Yanvar, 2025
38
CƏMİYYƏT
  • A

Sarımsaq yemək hər baxımdan faydalıdır. Amma həkimlər sarımsağı qaynadıb və ya bişirib yeməyi daha faydalı hesab edir.

OXU24.COM  xəbər verir ki, həkim Vladimir İvanov bildirib ki, bişmiş sarımsaq öz qiymətli xüsusiyyətlərinə görə təzə sarımsağı geridə qoyur.

"Bişirdikdə, xüsusən sobada sarımsağın tərkibində mədənin selikli qişasını qıcıqlandıran birləşmələr məhv olur. Sarımsaq yüksək turşuluq və ya mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün zərərli ola bilər.

İstilik müalicəsi sarımsağın tərkibindəki vitamin və mineralları məhv etmir. Qaynadılmış sarımsaq həmçinin hüceyrələri zədələnmədən qoruyan və qocalma prosesini ləngidən antioksidanların əhəmiyyətli bir hissəsini saxlayır", - İvanov deyib.

Bundan əlavə, həkim hesab edir ki, qaynadılmış sarımsağın müntəzəm istifadəsi xolesterinin səviyyəsini azaltmağa və qan təzyiqini normallaşdırmağa kömək edir.

İvanov xəbərdarlıq edib ki, əgər qaraciyər və ya böyrək xəstəliyiniz varsa, qaynadılmış sarımsağı qəbul etməzdən əvvəl həkimə müraciət etməlisiniz:

"Sarımsağın tərkibində olan efir yağları və allisin mədə-bağırsaq traktının, öd yollarının və sidik yollarının selikli qişalarını qıcıqlandırır. Onu istifadə edərkən, bu orqanların xroniki patologiyalarını artıra bilərsiz".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pişik iti "əsir" götürdü - VİDEO
Piyada keçidləri də işıqlandırılacaq
Tıxaclardan qurtuluruq -Yeni çəkiləcək yollar bunlardır

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi