Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12886
az

Allahdan möhlət istəmək necə olur?

22:1507 May, 2019
678
  • A
Uca Allahdan necə möhlət istəyə bilərik? Bu barədə Qurani-Kərimdə buyurulur: "Ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq". ("İbrahim" 44).

Oxu24.com bildirir ki, bu ayəyə nəzər salan zaman görürük ki, bizə ilk olaraq Qiyamət gününü xatırladır. Ancaq ayəyə diqqətlə baxanda görmək olur ki, dünyada olan İlahi əzabdan danışır. Çünki əzabı təxirə salmaq, Allahın dəvətini qəbul etmək və peyğəmbərlərin (ə) ardıcılı olmaq - dünyaya aid olan mövzudur, Qiyamətə deyil.

Qiyamət günü daha çox bəndələrin dünyaya geri qayıtmaq xahişi diqqətimizi cəlb edir. "Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?". ("Ğafir" 11).

"Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək". ("Səcdə" 12).

"Onlar orada dad-fəryad edərlər: "Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək"". ("Fatir" 37).

Bu ayələrdən belə nəticəyə gəlmək olur:

1. Günahkarlar bu dünyadan peşman halda gedərlər və əldən verdikləri fürsəti geri qaytara bilməzlər.

2. Nicat yolu peyğəmbərlərin (ə) ardıcılı olmaqdadır.

Ona görə də hər kim Allahdan möhlət istəyərsə, gərək Allahın dəvətini qəbul edib, onun elçilərinin ardıcıllarından olsun. Ancaq o zaman dünya və axirətin bəlalarından xilas ola bilər və həqiqi nicata çatar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“İqlim dəyişikliyi sərhəd tanımır"
Azərbaycana gələn yüklərin qiyməti ARTA BİLƏR -VİDEO
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Asteroid Yerdən 6,6 milyon km uzaqlıqda uçacaq

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
17 yaşlı oğlanı qətlə yetirən iki nəfər tutuldu