Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128832
az

Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

12:3025 Yanvar, 2025
43
DÜNYA
  • A

ABŞ Daxili Təhlükəsizlik Departamenti miqrantların ölkədə müvəqqəti məskunlaşmasına imkan verən bir sıra proqramları, o cümlədən ABŞ-da sponsoru olan ukraynalıların girişinə icazə verən əsas “Ukrayna üçün birləşmə” təşəbbüsünü dayandırıb.

OXU24.COM  xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.

Bildirilir ki, Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin rəhbəri tərəfindən elektron poçtla göndərilən müraciətlərin yekun işlənməsinin dərhal dayandırılması əmr edilir. Qərar miqrantlar üçün proqramların qanuniliyini yoxlamaq məqsədi ilə qəbul edilib.

Bu əmrlə həmçinin miqrant ailələrinin ABŞ-da yenidən birləşməsinə imkan verən proqram və Mərkəzi Amerikadakı yetkinlik yaşına çatmayanların ABŞ-dakı qohumları ilə bağlı başqa bir təşəbbüslə bağlı müraciətlərə dair qərarları dayandırılır.

Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası ilə başladılan “Ukrayna naminə birləşmə” proqramı sayəsində 2023-cü ilin sentyabrına qədər 150 mindən çox ukraynalı ABŞ-a daxil olub.

Donald Tramp administrasiyasının nümayəndələri izah ediblər ki, bu proqramların çoxu ABŞ qanunlarına ziddir. Ağ Evin rəhbəri ABŞ-ın yeni miqrasiya siyasətinə uyğun gəlməyən proqramların dayandırılmasına dair fərman imzalayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ
Tramp Netanyahunu Ağ Evə dəvət etdi
Tramp CNN müxbirini təhqir etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU