Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128820
az

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı

23:3924 Yanvar, 2025
54
DÜNYA
  • A

AZAL-ın vurulan təyyarəsinin “qara qutu”larının materiallarının sürəti Azərbaycan və Rusiyaya təhvil verilib, gələn həftə açıqlanacağı gözlənilir.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir. “Caliber” saytı isə mənbələrə istinadən yazır ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edir. Hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir.

Rusiyanın məsuliyyətdən yayınmaq imkanları məhduddur, “qara qutuların” surəti Moskvaya verildiyi kimi, Bakıya da verilib və həqiqəti gizlətmək cəhdlərinə qarşı Azərbaycan faktları yayacaq. Yayılan informasiyaları da rəsmi Bakının əlində faktların olduğuna dair mesaj hesab etmək olar.

Lakin yayılan informasiyalarda diqqət çəkən məqamlar da var.

Birincisi: “məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya işi ört-basdır etməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi qurumlara müraciət edəcək”.

İkincisi: 2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən Rusiya helikopterinin vurulmasında, eləcə də 2023-cü sentyabrında keçirilən antiterror əməliyyatları zamanı “sülhməramlılara” məxsus avtomobilin atəşə məruz qalmasında günahın rusiyalı hərbçilərdə olduğu, buna baxmayaraq, Azərbaycanın üzr istədiyi, təzminat ödədiyi və əlaqəli şəxsləri məsuliyyətlə cəlb etdiyinə dair məlumatlar mediada tirajlanıb.

Bu informasiyalar təsadüfi deyil: istisna deyil ki, “qara qutular” hər şeyi ortaya çıxarsa belə, Rusiyanın təyyarənin vurulması faktından boyun qaçırmaq istəkləri haqda Azərbaycanda məlumat var. Lavrovun “qara qutular” açılmamışdan öncə - 14 yanvarda jurnalistlərə açıqlamasında “Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib” sözləri də bu kontekstdə diqqətəlayiqdir; gözlənilən bu cəhdlərə qarşı Moskvaya informasiyalar üzərindən “həqiqətləri gizlətmə, təzminat ödə və günahkarları məsuliyyətə cəlb et” mesajı verilir.

Rusiya dezinformasiya taktikasına əl atsa belə, artıq qaçmağa yeri qalmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"
Dəhşətli aviaqəzanın günahkarı odur, sağ qalan yoxdur -Tramp AÇIQLADI
İsrail 110 fələstinli məhbusu AZAD ETDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi