Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128815
az

Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

22:3524 Yanvar, 2025
25
DÜNYA
  • A

“Meta” şirkəti bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq.

OXU24.COM  xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Mark Zukerberq sosial şəbəkədə məlumat paylaşıb.

O, 2025-ci ilin süni intellekt sahəsində həlledici il olacağını bildirib. M.Zukerberq əlavə edib ki, süni intellekt sahəsində çalışacaq qrupların sayı da əhəmiyyətli dərəcədə artacaq.

Şirkət rəhbərinin sözlərinə görə, 2025-ci ildə “Meta” süni intellekt sahəsində 1 milyarddan çox insana xidmət göstərəcək və “Llama 4” qabaqcıl müasir modelə çevriləcək.

Zukerberq bildirib ki, “Meta” bu ideyaları reallaşdırmaq üçün böyük, 2 gigavatlıq data mərkəzi qurur.

Xatırladaq ki, and içdikdən dərhal sonra ABŞ-ın yeni prezidenti Donald Tramp ölkədə süni intellekt infrastrukturunun qurulması üçün özəl sektora 500 milyard dollar investisiya yatırılacağını açıqlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran-Azərbaycan sərhədində yeni gömrük terminalı tikilir
Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxmuş şəxsin    son     durumu
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı- VİDEO