Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128797
az

Ər-Riyad Trampın neft qiymətlərinin aşağı salınması təklifinə cavab verib

20:0824 Yanvar, 2025
13
DÜNYA
  • A

Səudiyyə Ərəbistanının İqtisadiyyat naziri Feysəl Əlibrahim ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün neftin qiymətinin aşağı salınması lazım olduğuna dair sözlərinə cavab verib.

Onun sözlərinə görə, krallıq neft bazarının uzunmüddətli sabitliyinə diqqət yetirir.

Oxu24.com bu barədə Reuters-ə istinadən  xəbər verir.

“Krallığın mövqeyi, OPEK-in mövqeyi artan tələbin, o cümlədən ABŞ və süni intellektin kifayət qədər təchizatını təmin etmək üçün uzunmüddətli bazar sabitliyinə yönəlib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı Səudiyyə Ərəbistanı və OPEK-i neftin qiymətini yenidən aşağı salmağa çağırmışdı.

 

Onun fikrincə, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini daha tez bitirməyə kömək edəcək.

 

“Mən Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətini yenidən aşağı salmağı xahiş etmək istəyirəm. Mən təəccüblənirəm ki, seçkidən əvvəl bunu etmədilər. Əgər qiymət aşağı düşsəydi, Rusiyanın Ukraynaya qarşı müharibəsi tez bitərdi”, - Tramp bildirib.

 

ABŞ prezidenti hesab edir ki, neftin qiyməti yüksək olduğu müddətdə müharibə davam edəcək.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO