Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov və Şimali Koreyanın Moskvadakı səfiri Sin Honq Çol cümə günü ölkələr arasında qarşılıqlı səyahət rejiminin sadələşdirilməsini müzakirə ediblər.
Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
“Konsulluq əməkdaşlığı, o cümlədən iki ölkə vətəndaşlarının hüquq və mənafelərinin təmin edilməsi, Rusiya ilə KXDR arasında qarşılıqlı səyahət rejiminin sadələşdirilməsi məsələlərinə toxunulub”, - Rusiya diplomatik missiyası qeyd edib.
2024-cü ilin iyununda prezident Vladimir Putin Şimali Koreyaya səfər etdi və burada Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzaladı. Oktyabrın 24-də Dövlət Duması tərəfindən ratifikasiya edilib.
Yanvarın 13-də Cənubi Koreyanın Yonhap agentliyi KXDR liderinin bu ilin birinci yarısında Rusiyaya gələ biləcəyi barədə məlumat yayıb. KİV bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb. Ehtimallara görə, səfər may ayında baş tuta bilər və Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsinə təsadüf edəcək.
Bundan əvvəl Belarus KXDR-i İttifaq dövlətinə daxil etmək istəyirdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR