Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128758
az

Xəstə uşağı evə göndərərək ölümünə səbəb olan həkimə- Bu cəza verildi

12:5224 Yanvar, 2025
35
KRİMİNAL
  • A

Kürdəmirdə qızılcaya yoluxmuş uşağın ölümünə görə barəsində cinayət işi açılmış həkimə hökm oxunub.

 Oxu24.com xəbər verir ki, azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham edilib.

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 48 yaşlı həkimə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib. E.Musayev bu cəzadan sonra 2 il 6 ay müddətə həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan da məhrum edilib.

Qeyd edək ki, 4 yaşlı Rüfət Qəribli qızılca diaqnozu ilə iki dəfə xəstəxanaya aparılsa da, həkim onda ağırlaşma olmadığını bildirərək ambulator müalicəyə yazıbmış. Daha sonra evdə halı pisləşən uşaq ailəsi tərəfindən xəstəxanaya aparılsa da, yolda vəfat edib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lətif Nəbiyev    azadlığa    buraxıldı
Saatlıda narkotik satışı ilə bağlı 3     nəfər      saxlanıldı
Azərbaycanlı gənc      Moskvada      bıçaqlandı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Lətif Nəbiyev    azadlığa    buraxıldı