Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128721
az

Siqaret çəkmək haramdır? - AÇIQLAMA

20:5023 Yanvar, 2025
42
  • A

Bir çoxları deyir ki, ziyanlı olan bir şey həm də haramdır. Buna görə də onlar siqaretin də haram olduğunu iddia edirlər. Dində siqaretlə bağlı nə buyurulub? Siqaret haramdır?

OXU24.COM  xəbər verir ki, bu barədə ilahiyyatçı Elşad Miri bildirib ki, Quranda nələrin haram olduğu müəyyənləşdirilib, başqa kiminsə nəyisə haram elan etməsi mümkün deyil. Hətta peyğəmbərin belə haram qoymaq səlahiyyəti olmayıb:

"Siqaret çəkmək insanın özünə zərər verir, ətrafındakılara ziyanı var. Həmçinin israf sayılır. Bəziləri bu 3 nüansı nəzərə alaraq iddia edir ki, siqaret haramdır. Amma bu, yenə də doğru deyil. Çünki ona qalsa, insan sevdiyi bir paxlavanı belə çox yediyi zaman ona zərərli olur və şəkər xəstəliyinə gətirib çıxarır. Yaxud bu gün kiminsə maşının tərkibindən çıxan karbon maddəsi kənardakı insanlara təsir eləyir və s. Bu siyahını artıra bilərik. Ancaq bu məsələlərə görə nəyinsə haram olduğunu iddia etmək doğru deyil. Doğrudur, siqaret zərərlidir, xoş qarşılanmır, insanlara heç bir faydası yoxdur, ona görə bundan uzaqlaşmaq lazımdır. Lakin bunu Allahın əmri kimi təqdim etmək və haram demək düzgün deyil".

İlahiyyatçı vurğulayıb ki, siqareti qadağan etmək olar:

"Necə ki ictimai yerlərdə çəkilməsini yasaqlaya bilərlər. İnsanın bəzən özündən utanmasına gətirib çıxaracaq şərait yaradıla bilər ki, bunun nəticəsində insan həqiqətən siqaretdən iyrənər, tərgidər və həyatını daha təmiz şəkildə davam etdirər. Eyni prizmadan qəlyana da yanaşa bilərik"

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" - VİDEO
"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu