Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12872
az

ABŞ "S-400"lərdən niyə qorxur? - Ərdoğanın ŞOK PLANI

18:0007 May, 2019
1224
DÜNYA
  • A
 
“S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə yerləşdiriləcəyi vaxt yaxınlaşdıqca, Ankaraya qarşı etirazların şiddəti də artır. Türkiyə tarixinin ən ciddi təhdidləriylə qarşı-qarşıyadır. ABŞ 1974-cü ildə baş verən Kipr Sülh Hərəkatından sonra ilk dəfədir türkləri silah embarqosu ilə hədələyir. Görəsən, qərb Ankaranın “S-400” sistemlərini almasından niyə bu qədər narahatdır? Əslində qərb NATO ölkəsi olan Türkiyənin hərbi qüdrətinin artmasından məmnun olmalı idi axı... Necə ki, Yunanıstan Rusiyadan bu sistemləri alanda ABŞ və Avropa nəhəngləri eyni yanaşmanı göstərmişdi. Demək qərbin “damarlarından axan” ikili standartın arxasında başqa səbəblər var.

1. “S-400”lər Türkiyəyə yerləşdiriləndən sonra mövqe mübarizəsinin getdiyi Aralıq və Egey dənizləri Ankaranın nəzarətinə keçəcək. Nəzərə almaq lazımdır ki, “S-400”lər düşmən hədəflərini 600 kilometr məsafədən görə və 400 kilometr məsafədən məhv edə bilir. Müdafiə sistemləri İzmir və Hatay vilayətlərinə yerləşdirilərsə, Egey və Aralıq dənizləri “Türk gölünə” çevriləcək. Bununla da, Türkiyə bölgədəki təbii qaz yataqlarının təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayacaq. Beləliklə, ABŞ-ın Egey və Aralıq dənizlərindəki təbii sərvətləri mənimsəməsi  və Aralıq dənizinə çatacaq “Kürd dövləti” planı iflasa uğrayacaq.



2. Ankaranın “S-400”lərə sahib olması əzəli rəqibi Yunanıstan üzərində böyük üstünlük əldə etməsinə səbəb olacaq. Əvvəla, Yunanıstanın mübahisəli adaları işğal etmək planları iflasa uğrayacaq. Türkiyə Yunanıstandan qalxacaq bütün təyyarələri müşahidə edə və vura biləcək. Yunanıstanın Ankaranı raketlərlə təhdid etməsi aradan qalxacaq.



3. Türkiyə “S-400”lər vasitəsiylə regionun açıq-aşkar lider dövlətinə çevriləcək. “F-22”, “F-35” və “Su-57” qırıcılarına sahib ölkələr belə Ankaranı təhdid edə bilməyəcək. Çünki “S-400”lər radarlardan gizlənə bilən bu qırıcıları müəyyən edə bilir. Buna misal olaraq, “S-400”lərdən daha zəif xüsusiyyətlərə malik olan “S-200”lərin Suriya sərhədini pozan İsrailə məxsus “F-35”i vurmasını göstərmək olar.



4. Türkiyənin hərbi cəhətdən güclənməsi ABŞ-ın İran barədə planlarını da alt-üst edir. İraq və Suriyadakı vəziyyətdən dərs alan Ankara, qonşuluğunda yerləşən daha bir ölkənin müharibə meydanına çevrilməsinə imkan vermək istəməz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu