Tayvan 120.000-dən çox yaşıl iquana kəsməyi planlaşdırır, çünki onlar kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir.
Oxu24.com xəbər verir ki,Taipei Times qəzetinin məlumatına görə, Tayvan Kənd Təsərrüfatı Nazirliyi ölkədəki iquana populyasiyası ilə bağlı açıqlama verib.
Açıqlamada ölkənin cənub və mərkəzi bölgələrində iquana populyasiyasında artım olduğu bildirilib.
Açıqlamada insanların çörək pulunu əkinçiliklə təmin etdiyi bölgədə iquanaların əkin sahələrinə mənfi təsir göstərdiyi vurğulanıb və 120 mindən çox yaşıl iquanın məhv ediləcəyi açıqlanıb.
Açıqlamada, ölkə daxilində təxminən 200 min yaşıl iquana yaşadığı və öldürülən hər iquana üçün haqq ödəniləcəyi açıqlanıb.
Ötən il Tayvanda 70 min iquana məhv edilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR