Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128715
az

Baydenin sanksiyaları Rusiyanın Çinə neft ixracını iflic edir

19:2623 Yanvar, 2025
25
DÜNYA
  • A

ABŞ prezidenti Co Bayden administrasiyasının son günlərində Rusiya neft sənayesinə qarşı tətbiq edilən sanksiyalar Rusiyanın ESPO xam neftinin ticarətini stabilləşdirib.

Oxu24.com xəbər verir  ki,bu barədə Bloomberg məlumat yayıb.

Son sanksiyalar paketinin tətbiqindən sonra Sakit okeandakı Kozmino limanından Çinə daşınan Rusiyanın ESPO xam neftinin daşınmasının dəyəri 5 dəfə artıb.

Son sanksiyalardan əvvəl yükdaşıma tarifi 1,5 milyon dollar idisə, ötən həftə 5,5 milyon dollara yüksəlib. Bu günə olan məlumata görə, qiymət 7 milyon dollara çatıb.


Çin limanları sanksiyaya məruz qalmış tankerləri buraxmaqdan ehtiyatlanır. Marşrutdan istifadə edən gəmilərin əksəriyyəti Rusiya xammalının ticarətini pozaraq məhdudiyyətlərə məruz qalıb.

Mövcud vəziyyət əvvəllər Rusiyanın qərbindəki limanlarla işləyən tankerləri şərq istiqamətində marşrutlarını dəyişməyə məcbur edib. Xüsusilə, Kozmino limanından neft daşımağa başlayan son gəmilərdən biri “Legend” tankeri olub.

Yanvarın 20-də tanker yükü təyin olunmuş limanda götürüb və Çinin Huizhou şəhərində boşaldılması planlaşdırılır. Əvvəllər bu gəmi Ust-Luqa və Primorsk limanlarından yükləri boşaltırdı. Treyderlər Reuters-ə bildiriblər ki, yükdaşıma xərclərinin artması artıq ABŞ sanksiyalarının təzyiqi altında olan və çətin logistika ilə üzləşən Rusiya neft satıcılarının gəlirlərini azaldır, qış mövsümündə bölgədə gəmi çatışmazlığı yüklənmənin daha da pozulmasına səbəb ola bilər. Agentliyin mənbələrindən biri bildirib ki, Amerika sanksiyaları Rusiya neftinin Asiyaya ixracında iştirak edən 80 tankeri dövriyyədən çıxarıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib