Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1287
az

Xaricdə alınan diplomu Azərbaycanda necə tanıtmalı? -

10:1602 May, 2018
2145
HÜQUQ
  • A
Bu dəfəki mövzumuz xarici ölkələrdə alınan diplomların Azərbaycan Respublikasında tanınması ilə bağlıdır.

Bu gün bir çox gənc təhsil almaq üçün ölkə xaricinə üz tutur. Əcnəbi dövlətlərdə universitet bitirən şəxslər aldığı diplomun Azərbaycanda tanınması üçün nə etməlidir?
Bununla bağlı Nazirlər Kabinetinin 13 May 2003-cü il tarixli 64 nömrəli qərarı var. Qərarda deyilir:

"Ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki səfirliyində (konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır".

Ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) aşağıdakılar əlavə edilir:
-ali təhsil haqqında sənəd;
-tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə.

Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər.

 

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir:

-ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması;
-təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması.

Ərizə və sənədlər Təhsil Nazirliyinə şəxsən təqdim olunmalıdır.

Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

 

İkinci bir məsələ isə budur ki, diploma onun alındığı ölkədə apostil vurulması vacibdirmi?

Əvvəlcə qeyd edək ki, apostil bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlərin digər ölkə ərazisində istifadə üçün müvafiq qaydada rəsmiləşdirilməsidir. Bu ondan ötrüdür ki, həmin ölkənin Təhsil Nazirliyi universitetin qanuni şəkildə fəaliyyət göstərməsini təsdiqləyir.

Qeyd edək ki, sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vurmaq yolu ilə həyata keçirilir. Apostil edilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Həmin iştirakçı dövlətlər barədə məlumatı Haaqa Konfransının rəsmi internet saytından (www.hcch.net) əldə etmək olar.

Göstərilən Konvensiya diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə şamil edilmir.

 

5 mart 2004-cü ildə Azərbaycan da qeyd olunan Konvensiyaya qoşulub və konvensiya ölkəmizə münasibətdə 2 mart 2005-ci ildən qüvvəyə minib.

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli Sərəncamı ilə apostilin verilməsi üçün məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
"Nəqqaş" restoranında yanğın- VİDEO