Almaniyanın ictimai xadimləri və siyasətçiləri ABŞ-dan Almaniya ərazisində raketlərin yerləşdirilməsinə qarşı açıq məktub imzalayıblar.
Oxu24.com xəbər verir ki,bu barədə N-TV telekanalı məlumat yayıb.
"Bundestaq seçkiləri ərəfəsində sülh fəalları və alimləri Amerikanın orta mənzilli silahlarının Almaniyada yerləşdirilməsinin qarşısını almağa çağırırlar, həmçinin Almaniyanın Avropanın orta mənzilli silahlarının hazırlanmasında iştirakını", bəyanatda deyilir.
İmzalayan tərəflərin fikrincə, Rusiya ABŞ-ın bu addımına Almaniyaya da oxşar silahlar göndərməklə cavab verə bilər.
Açıq məktubu imzalayanlar arasında siyasətçi Sahra Vaqenknext, Almaniyadakı Yevangelist Kilsə şurasının sədri Margot Kessmann, fizik və siyasətçi Ernst Ulrich von Weizsäcker və bir çox digər tanınmış simalar var.
Keçən il iyulun 10-da Vaşinqton və Berlin birgə bəyanat yayaraq, ABŞ-ın Almaniyada hipersəs silahları da daxil olmaqla yeni daha uzun mənzilli silahları yerləşdirməyə “epizodik” başlayacağını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov qeyd edib ki, Rusiya Federasiyası Almaniyada ABŞ-ın orta və yaxın mənzilli raketlərinin yerləşdirilməsi qərarına qarşı tədbirlər üzərində əvvəlcədən işə başlayıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR