Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128665
az

“Axırda qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alacağıq” - Erməni deputat

09:1523 Yanvar, 2025
20
  • A

"Bizim hökumətin xarici siyasətində konkretlik yoxdur, heç bir hesablama aparmırlar. Biz buğdanı və qazı Rusiyadan alırıq. Hökumət isə Rusiyadan uzaqlaşır və Aİ ilə əməkdaşlığı gücləndirir. Bu cür siyasət Ermənistanı böhrana sürükləyir. Axırda deyəcəksiniz ki, yaxşı, gəlin qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alaq".

OXU24.COM xəbər verir ki, bunu Ermənistan fraksiyasının deputatı Kristine Vardanyan bu gün parlamentdə xarici işlər naziri Ararat Mirzoyanın çıxışına münasibət bildirərkən qeyd edib.

O, Ararat Mirzoyana sual ünvanlayaraq soruşub ki, ixracatın 235 faizindən çoxu, idxalın isə 56 faizindən çoxu Avrasiya İttifaqı ölkələri ilə olan Ermənistan qazın 1000 kubmetrini 165 dollara - bazar qiymətindən 5-6 dəfə ucuz alır:

"Buğdanın 90 faizini Rusiyadan idxal edirik. Bunun qarşılığında Rusiyadan uzaqlaşmaq bizə hansı mənfəəti qazandırır, hansı risklər yaradır?"

Cavabında Ararat Mirzoyan deyib ki, qeyd olunan rəqəmlər Rusiya ilə Ermənistan arasındakı əlaqələrin mövcud durumundan xəbər verir: "Qərblə əməkdaşlığımızı isə parlament özü təsdiqləyib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" - VİDEO
"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu