ABŞ Prezidenti Donald Tramp daha bir səs-küylü qərar qəbul edib.
OXU24.COM xəbər verir ki, Tramp imzaladığı müvafiq fərmanla federal hökumət qurumlarında olan fərqlilik, bərabərlik və inklüzivlik şöbələrinin bütün işçilərini ödənişli əsaslarda məzuniyyətə göndərib.
“Biz bütün federal qurumlarda olan fərqlilik, bərabərlik və inklüzivlik üzrə şöbələrin bağlanması və onların əməkdaşlar ilə bağlanmış müqavilələrə xitam verilməsi istiqamətində ölçülər qəbul edirik. Bu proqramlar amerikalıları irqi mənsubiyyətlərinə görə ayırırdı və beləcə vergi ödəyicilərinin dollarları boşuna havaya uçurulurdu və əslində rüsvayçı ayrıseçkiliyə xidmət edirdi”, - Birləşmiş Ştatların federal qurumlarının rəhbərlərinə və rəhbər vəzifələrini icra edən şəxslərə göndərilmiş memorandumda deyilir.
Oxu24.com
ŞƏRHLƏR