Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128647
az

Suriya hakimiyyəti Rusiya ilə hərbi bazaların gələcəyi ilə bağlı danışıqlar aparır

18:4322 Yanvar, 2025
5
DÜNYA
  • A

Suriyanın yeni hakimiyyət orqanları Rusiya ilə Suriya ərazisindəki hərbi bazaların gələcəyi ilə bağlı danışıqlar aparırlar.

 

Oxu24.com xəbər verir  ki,bunu Suriyanın keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kəsra deyib.

 

“Bu məsələnin son ​​həllinin necə olacağı hələ də bəlli deyil. Biz hələ heç bir göstəriş almamışıq.Bununla belə, bizim rəhbərliyimiz tərəfindən Suriya Xarici İşlər Nazirliyinin iştirakı ilə aparılan danışıqlar davam edir”, o, “Əl Ərəbi” telekanalına müsahibəsində qeyd edib.

Bir gün əvvəl Suriyanın “Əl Vətən” qəzeti Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudiyə istinadən xəbər vermişdi ki, Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv edib.

“Rusiya şirkəti ilə imzalanmış Tartus limanına investisiyalar haqqında müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq. Liman işçiləri müqavilədə razılaşdırılmış yeniləmələr olmadan şirkətin istifadə etdiyi köhnəlmiş avadanlığın təmirinə qayıdacaqlar ",deyə Judi bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı