Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128645
az

Slovakiya həyəcan təbili çalır

21:1322 Yanvar, 2025
29
DÜNYA
  • A

Slovakiyanın baş naziri Robert Fiko hökumətin devrilməsi təhlükəsi ilə əlaqədar yanvarın 23-də ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

 

Fiko bildirib ki, ölkədə mövcud hakimiyyəti devirmək məqsədi ilə bir qrup xarici ekspert ölkədə fəaliyyət göstərir.

 

“Hazırlanan model çox sadədir və bir çox ölkədə sınaqdan keçirilib. Təsdiq edə bilərəm ki, Slovakiyada Gürcüstanda keçirilən tədbirlərdə iştirak edən və Ukraynadakı Maydanda fəal iştirak edən ekspertlər qrupu var, bu qrup müxtəlif mənbələrdən maliyyələşir”.

 

Fico əlavə edib ki, "müntəzəm anti-hökumət etirazları dövlət orqanlarının işini pozmaq üçün hökumət binalarına daxil olmaq və ya onları zəbt etmək cəhdlərini əhatə edə bilər".

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO