Husilər 2023-cü ilin sonlarında Qırmızı dənizdə ələ keçirilən “Galaxy Leader” tankerinin ekipajını azad ediblər.
Oxu24.com xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
Telekanal Husilərin Ali Siyasi Şurasına istinadən bildirib ki, ekipajın buraxılması İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına dəstək olaraq baş verib.
Yanvarın 20-də şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) dənizdəki hücumlarını İsraillə birbaşa əlaqəsi olan gəmilərlə məhdudlaşdıracaqlarını açıqladı.
Bundan əvvəl husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan USS Harry Truman gəmisinə Qırmızı dənizdə bölgəyə gəldikdən sonra yeddinci dəfə hücum edib. Ənsar Allah hərəkatı da İsrailin cənubuna və mərkəzinə kütləvi hücumlar təşkil etdiyini bildirib.
Bundan əvvəl husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə yeddinci dəfə hücum etdiklərini açıqlamışdı.
Miri
Oxu24.com
ŞƏRHLƏR