Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128633
az

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

16:2122 Yanvar, 2025
20
  • A

“Azərpoçt” MMC kiçik və orta sahibkarlar üçün vacib əhəmiyyət daşıyan “Mobil POS” xidmətini istifadəyə verib. 

 Oxu24.com  xəbər verir ki, təqdim olunan “Mobil POS” xidməti POS-terminalın fiziki şəkildə deyil, mobil tətbiq üzərindən istifadəsini təmin edir və bu kimi digər üstünlükləri ilə sahibkarların işini asanlaşdırır.

Belə ki, “Mobil POS” xidmətinə qoşulmanın ödənişsiz olması, depozit tələbinin olmaması, tətbiqin təhlükəsizliyi və eləcə də gündəlik qəbul edilən ödənişlərin gün sonunda sahibkarın cari hesabına və ya biznes kartına köçürülməsi kimi imkanlar xidmətin rahatlığından xəbər verir.

Ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verən tətbiq istənilən təmassız ödənişləri (Apple Pay, Google Pay, VISA və MasterCard kartları) dəstəkləyir.

Xidmətdən istifadə etmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar “Play Market”dən “AzMPos” tətbiqini yükləyə bilərlər.

Qeyd edək ki, hesabın açılması ödənişsizdir. Eyni zamanda sahibkarlara əlavə olaraq bank kartı da hədiyyə edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto
DİN açıqlama yaydı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu