Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128608
az

Gələn aydan bu müavinətin məbləği artırılır

13:4322 Yanvar, 2025
5
İQTİSADİYYAT
  • A

Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatadək çatdırılacaq.

 Oxu24.com   xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, aşağı pensiyalarda 14.3 faizlik artım orta pensiya məbləği ilə yanaşı dəfn üçün müavinətin məbləğinə də təsir göstərəcək. 

"Belə ki, dəfn üçün müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslərə də ödənilir. Mövcud qanunvericiliyə əsasən sığortaolunan şəxs vəfat etdikdə - 500 manat, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir.

Bu o deməkdir ki, əmək pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksələcək. Bütövlükdə, hər iki istiqamətdə dəfn üçün müavinətin daha da artırılması müzakirə edilən məsələlərdəndir. Fiskal gəlirlərə uyğun olaraq bu istiqamətdə artımlar həyata keçirilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbçilərə ŞAD XƏBƏR - Maaşları bu qədər artacaq
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
Bu 2 ölkə ilə yeni    saziş   imzalayacağıq

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib