Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128604
az

İraqda 9 yaşlı qızlarla dini nikaha icazə verildi

13:0922 Yanvar, 2025
28
DÜNYA
  • A

İraq parlamenti uşaq evliliyini faktiki olaraq leqallaşdıran qanunu qəbul edib.

Oxu24.com “Associated press” agentliyinə istinadən xəbər verir ki, dəyişikliklər İslam məhkəmələrinə evlilik və boşanmalar da daxil olmaqla ailə məsələlərində daha çox səlahiyyət verir.

Belə ki, İraqda qanunla əksər hallarda nikaha daxil olmaq üçün minimal yaş həddi 18 olaraq təyin edilib. Bununla belə, qəbul edilən dəyişikliklər din xadimlərinə öz rəylərinə uyğun qərar qəbul etmək imkanı verəcək. Sözügedən din xadimlərinin bəziləri isə qızların erkən yetkinlik yaşında, yəni 9 yaşından ailə qura biləcəyini hesab edir.

Aktivistlərin fikrincə, yeni qaydalar 1959-cu ildə ölkədə şəxsi status haqqında qəbul edilən qanunu pozur. Sözügedən qanun isə ailə hüququnu birləşdirir və qadınlar üçün təminatlar müəyyən edir.  

Qanun qəbul edilməzdən əvvəl, din xadimləri qızın atasının razılığı əsasında nikahı qeydə ala bilirdilər. Bununla belə, bu cür nikah rəsmi sayılmırdı.

Onu da qeyd edək ki, BMT-nin 2024-cü ilə olan məlumatına görə, İraqda qadınların təqribən 28 faizi yetkinlik yaşına çatmazdan əvvəl ailə qurur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib