Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128600
az

"Yuxudan yanğın səslərinə oyandıq"- Mahsun Kırmızıgül

12:4422 Yanvar, 2025
52
ŞOU-BİZNES
  • A

Qızı ilə Boluda Kartalkaya kurortuna gedən müğənni Mahsun Kırmızıgül yanğın zamanı xizək mərkəzində olduğunu bildirib. 

Oxu24.com  xəbər verir ki, türkiyəli müğənni bu barədə sosial şəbəkə hesabında yazıb. 

"Qızımla iki gün əvvəl Kartalkayaya semestr tətilində gəldik və gecə yarısı yuxudan yanğın səslərinə oyandıq. Böyük çaxnaşma və ümidsizlik var idi. Bu yer sözün əsl mənasında ölüm-dirim mübarizəsi idi. Uşaqlar və qadınların qışqırıqları eşidilirdi, nə baş verdiyini anlamağa çalışırdım. O dəhşət anları qan dondururdu.

Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Belə dramatik bir atmosferdə insanların çarəsizliyinə şahid olmaq mənə həyatın necə kövrək olduğunu bir daha xatırlatdı. Bu faciəvi hadisə məni çox sarsıtdı. Qızımla həmin dağdan çıxanda onun dedikləri sözün əsl mənasında ürəyimi parçaladı: “Ata, orada çox adam öldü, elə deyilmi?” deyəndə ürəyim qan ağladı.

Kartalkayanı tərk edərkən keçirdiyimiz kədəri təsvir etmək həqiqətən mümkün deyil. Burada baş verənlərin izləri uzun müddət yaddaşımızdan silinməyəcək. Allah bir daha heç kəsə belə ağrı yaşatmasın. Amma çox təəssüf ki, hər bir fəlakətdə olduğu kimi, mən də böyük narahatlığım var ki, cavabdehlər öz məsuliyyətsizlikləri ilə baş-başa qalsınlar. Təəssüf ki, ölkəmiz belə faciələrdən kifayət qədər dərs almır", - deyə Mahsun Kırmızıgül bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Kızıl Goncalar”ın final tarixi     bəlli        oldu
“Həmin paltarın PKK-ya aid olduğunu bilmirdim”
“Doğa”nı bəyənmədilər...- Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Bakıda vəkil vəfat etdi- Foto