Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128598
az

DTX-nin həbs etdiyi İvan Svetliçnıy hakim qarşısına çıxarıldı

12:2022 Yanvar, 2025
26
KRİMİNAL
  • A

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin məhkəməsi başlayıb.

Oxu24.com un məlumatına görə, 21 yanvarda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. 

İlk iclasda anket məlumatları dəqiqləşdirilib. Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib.

İvan Svetliçnıy Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur.

Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.

Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəmə prosesində ittiham aktı elan olunarkən məlum olacaq.

Məhkəmə baxışı 3 fevral tarixinə təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ötən il 216 kriminal qrup zərərsizləşdirilib
Şirvanda 5 kq narkotik vasitə     dövriyyədən    çıxarıldı
Narkotikin təsiri altında avtomobil idarə edən    sürücülər     saxlanıldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib