Türkiyə Ali Məhkəməsi 2017-ci ildə İstanbulda gecə klubunda törədilən terror aktını törədən şəxsə verilən 40 maddə ilə ömürlük həbs cəzasını qüvvədə saxlayıb.
Oxu24.com xəbər verir ki,bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Məhkəmə məhkum olunmuş Özbəkistan əsilli Əbdülqadir Maşaripovun vəsatətlərinə baxıb və hökmlərin qanuna zidd olmadığı barədə qərar verib.
2020-ci ildə o, 39 nəfəri qəsdən öldürməkdə və 79 nəfəri öldürməyə cəhddə təqsirli bilinərək, hər bir maddə üzrə 40 ağırlaşdırılmış ömürlük və 1368 il həbs cəzasına məhkum edilib.
İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubuna hücum 2017-ci il yanvarın 1-də baş verib. Terrorçu klubun qapısında bir polis əməkdaşını qətlə yetirib, daha sonra avtomatla camaata atəş açıb. Hücum zamanı gecə klubunda Yeni ili qeyd edən 700-800 nəfər olub. Bir neçə nəfər qaçmaq üçün Boğaza atılıb. Hücuma görə məsuliyyəti İslam Dövləti öz üzərinə götürüb.
Miri
Oxu24.com
ŞƏRHLƏR