Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128580
az

Sarayda silah-sursat aşkarlandı -VİDEO

10:3022 Yanvar, 2025
21
  • A

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Oxu24.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 9 mm-lik Makarov tipli tapança, 1 ədəd AKMS avtomatı, 1 ədəd güllə sandığı, 1 ədəd UDZ partladıcısı ilə RQN əl qumbarası və 90 ədəd 5,45 mm-lik mərmi olduğu müəyyən edilib.

Aşkar edilmiş silah-sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN açıqlama yaydı
Baş nazir yeni qərarlar imzaladı
Prezident bu Nazirliklə bağlı fərman imzaladı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu