Qaynar xətt:

(+99450) 247 90 86

“Bandotdel” “bloqer-jurnalist”i həbs etdi

KRİMİNAL

165

22.01.2025, 10:06

Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloqer-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb.

Oxu24.com xəbər verir ki, bir neçə şəxsin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.