Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128574
az

Azərbaycan səmasında görünən uçan obyekt nədir? -Rəsədxanadan AÇIQLAMA

09:1522 Yanvar, 2025
34
  • A

Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub.

OXU24.COM  xəbər verir ki, bu barədə gün ərzində BAKU.WS-in "qaynar xətti"nə müxtəlif videogörüntülər göndərilib. Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkət edən obyekt bir saat müddətində müşahidə olunub.

Bəs səmada müşahidə edilən naməlum obyekt nədir?

Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov ilə əlaqə saxladıq. Professor bildirib ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.

"İlk öncə qeyd edim ki, bu astronomiya ilə bağı hadisə deyil. Yerdə baş verən proseslərdən dolayı yaranan görüntülərdir. Gözlə görünürsə, bu kosmik peyklər də ola bilər. İlon Maskın şirkəti orbitə peyk buraxıb. Onlar birgə uursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur", - deyə ekspert bildirib.

Nəriman İsmayılov deyir ki, insanların görüntüyə müxtəlif ad verməsi isə tamamən cəfəngiyyatdır:

"Naməlum uçan obyektə həyatımız boyu rast gəlinməyib. Bütün bunların hamısı uydurma şeylərdir. İnsanları yalandan aldadırlar. Şəkil çəkirlər. Boşqab şəkli çəkirlər. Lakin elmi araşdırmalarda, real bir foto belə yoxdur".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müxalifət lideri sərbəst buraxıldı
Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə
Bu ölkədə kimlər sosial şəbəkələrə girə bilməyəcək?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Qusar meşələrində böyük əməliyyatla tutulanları- Hansı cəza gözləyir?