Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128559
az

FHN Daşkəsəndəki dəhşətli qəza ilə bağlı MƏLUMAT YAYDI

20:4221 Yanvar, 2025
53
  • A

Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən OXU24.COM -a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ural” markalı yanacaq daşıyan avtomobil dərəyə aşıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb.

"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" - VİDEO
Bakıda müəllim faciəvi şəkildə həlak oldu
Bu dövlət qurumları LƏĞV OLUNDU

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu