Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128546
az

Panama Trampın sözlərindən sonra idarəetmə şirkətinin auditinə başlayıb

17:2121 Yanvar, 2025
25
  • A

Panama Baş Nəzarət İdarəsi ABŞ prezidenti Donald Trampın ölkəsinin kanala nəzarəti yenidən ələ keçirmək niyyətində olduğuna dair iddialarına cavab olaraq Panama kanalının limanlarını idarə edən Honq-Konqda yerləşən operatorla bağlı araşdırmaya başlayıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Panama Baş Nəzarət İdarəsi X sosial şəbəkəsində məlumat yayıb.

 

“Bu gün auditorlarımız dövlət resurslarından səmərəli və şəffaf istifadəyə zəmanət verməli olan hərtərəfli auditə başlamaq üçün Panama Ports Şirkətinə gəliblər”, - deyə məlumatda bildirilir.

 

Financial Times qəzeti yazıb ki, araşdırma Hutchison Ports-a (Panama Ports Şirkətini idarə edir) qarşı aparılır. Nəşrin məlumatına görə, bu təşkilat Böyük Britaniya və Almaniya da daxil olmaqla 24 ölkədə 53 limana rəhbərlik edir, həmçinin kanalın hər iki ucundakı limanlara nəzarət edir.

 

Yanvarın 20-də inauqurasiya çıxışı zamanı Tramp Panama kanalına nəzarəti ABŞ-a qaytaracağına söz verib.

 

Siyasətçi dekabr ayında Panama kanalına iddialarını açıqlamışdı. O, xüsusilə ABŞ-ın göstərdiyi səxavət nəzərə alınmaqla, Panamanın kanal haqlarının "sadəcə gülünc" olduğunu söylədi. Tramp həmçinin kanalın transferi ilə bağlı müqavilənin şərtlərinə baxmayaraq, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan ABŞ-da etirazla qarşılandı - Foto
Bu dövlət qurumları LƏĞV OLUNDU
Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu