İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Təhlükəsizlik Xidməti (Şabak) İordan çayının qərb sahilində “Dəmir divar” antiterror əməliyyatına başlayıb.
Oxu24.com xəbər verir ki,bu barədə İsrailin baş naziri Binyamin Netanyahu öz ofisindən bildirib.
“Siyasi Təhlükəsizlik Kabinetinin rəhbərliyi altında İD, Şin Bet və İsrail polisi Cenində Dəmir Divar adlı terrorizmin kökünü kəsmək üçün genişmiqyaslı və mühüm hərbi əməliyyata başlayıb”, - deyə siyasətçi qeyd edib.
Netanyahu vurğulayıb ki, İsrail ordusu “müqavimət oxuna” qarşı “metodik və qətiyyətli” hərəkət edir.
Bundan əvvəl Fələstinin radikal HƏMAS hərəkatının atəşkəs razılaşması çərçivəsində İsrail qoşunlarının geri çəkilməsindən sonra Qəzza zolağına nəzarəti bərpa etdiyi məlum olub. Qeyd olunur ki, hərəkat artıq minlərlə döyüşçünü küçələrə göndərməyə başlayıb və ərazidə dominant qüvvə olaraq qalır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR