Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128528
az

Gözəlləşmək üçün salona gedən qadının başına iş gəldi

16:0221 Yanvar, 2025
32
CƏMİYYƏT
  • A

Bakıda salona gedən qadının başına iş gəlib. 

 Oxu24.com   xəbər verir ki, Bakı sakini bu barədə sosial şəbəkədə paylaşım edərək kömək istəyib.

Qadın paylaşımında “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Mone” gözəllik salonundan şikayətçi olduğunu bildirib. Fotodan görünür ki, xanımın alın nahiyəsinə tətbiq edilən lazer aparatı onun saçının ön hissəsini yandırıb. 

Şikayətçi xanımın sözlərinə görə, lazeroloq hadisədən sonra bunu adi hal kimi qarşılayıb: “Lazeroloq xanım başımın təpə hissəsindəki saçımı yandırdı və günahkar da məni görüb, “başını tərpətdin” dedi. Halbuki mənə suallar verib söhbət edirdi. Diqqətsiz şəkildə saçımı yandırdı. Mənə deyir ki, “xanım, işdir də olub. Nə siz mübahisə aparın, nə mən mübahisə edim. Onsuz da olan olub”. Məni haqsız görüb, üzr belə istəmədi. Salonun digər işçisi də məni günahkar gördü. “Saçın yanmayıb, heç nə yoxdur”, dedi. Sonra özümü müdafiə edən zaman “Saçına toz səpmisən, o da şüanı çəkir, ona görə yanıb” dedi. Daha sonra isə mənə “siz problemli adamsınız” dedi. Ziyan görən də mən, ittiham olunan da mən...”

Məsələ ilə bağlı “Mone” gözəllik salonu ilə əlaqə saxladıq. Salondan iddialarla bağlı açıqlama vermək istəmədilər.

 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün həlak olan əsgərin FOTOSU

Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı