Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128501
az

“Nürnberq prosesi” davam etdirilir

13:0821 Yanvar, 2025
35
SİYASƏT
  • A

Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilir.

 Oxu24.com   xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.

Xatırladaq ki, məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib. Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB
Prezident fərmanlar imzaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı