Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128490
az

Bakıda QHT sədrinin qızını maşın vurub öldürdü

11:1921 Yanvar, 2025
21
KRİMİNAL
  • A

Ötən gün Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən keçən Zuğulba şosesində ölümlə nəticələnmiş yol qəzası  baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Yol qəzası zamanı həlak olan mərhum Zöhrə İsmayılova tanınmış QHT sədrinin qızıdır.

Belə ki, onun atası Faiq İsmayılov Azərbaycanın İşğaldan Azad Edilmiş  Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədridir. O, həm də AMEA  Tarix və Etimologiya İnstutunun Qarabağ Müharibəsinin Tarixi və Böyük Qayıdış Hərakatı şöbəsində elmi işçidir.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi
DTX-nin həbs etdiyi İvan Svetliçnıy hakim     qarşısına     çıxarıldı