Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128454
az

Finlandiya məhkəməsi "şübhəli" tanker Eagle S-i həbs edib

20:4720 Yanvar, 2025
21
DÜNYA
  • A

Helsinki Rayon Məhkəməsi Finlandiya hakimiyyətinin Rusiyanın “kölgə” donanmasına aid olmaqda şübhəli bildiyi Eagle S tankerinin həbsinə qərar verib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Yle portalı məlumat yayıb.

 

"Milli Təhqiqat Bürosu (NBI) Eagle S-ni Elisa telekommunikasiya firmasına məxsus Estlink 2 elektrik kabelinə və kabellərinə ziyan vurmaqda şübhələnir", - məlumatda deyilir.

 

Qeyd olunur ki, NTB bu hadisələri ağır cinayətlər kimi araşdırır. Hadisə ilə bağlı istintaq davam edir. Dəymiş ziyanın miqdarı göstərilmir.

 

Dekabrın 26-da Finlandiya sərhəd xidməti Sankt-Peterburqdan yola düşmüş Eagle S neft tankerini Baltik dənizində saxlayıb. Bu, ilk belə hadisə deyil: noyabrda Baltikdə C-Lion1 və Arelion rabitə kabelləri, bir il əvvəl isə Finlandiya körfəzinin dibi ilə keçən Balticconnector qaz kəməri zədələnmişdi. Estoniyanın xarici işlər naziri təsadüfi ziyanın bu qədər tez-tez baş verdiyinə inana bilmədiyini deyib və hadisəni Rusiyanın “kölgə donanması” ilə əlaqələndirib. Aİ Baltikdə baş verən son insidentdən sonra artıq Rusiyaya qarşı yeni sanksiyalar vəd edib.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Baltik dənizində təxribat törətməkdə ittihamlarını təkzib etməyi tələb etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moldova Rusiyadan siyahı tələb edir
İraq uşaq nikahını qanuniləşdirib
Tramp Putinə nə deyib?