Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128447
az

Husilər Qırmızı dənizdəki hücumları azaldacaq

18:5520 Yanvar, 2025
69
DÜNYA
  • A

Şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) açıq şəkildə bəyan edib ki, dənizdəki hücumlarını birbaşa İsraillə əlaqəsi olan gəmilərlə məhdudlaşdıracaq.

 

Oxu24.com bu barədə ABC News-a istinadən  xəbər verir.

 

Qeyd olunur ki, bu, husi nümayəndələrinin yükgöndərənlərə göndərdiyi elektron məktubdan irəli gəlir.

 

Bəyanatda 2023-cü ilin noyabrından əvvəl hücum etdikləri digər gəmilərə qarşı “sanksiyaları ləğv etdikləri” bildirilib.

 

“Hər hansı bir təcavüz olarsa  təcavüzkar dövlətə qarşı sanksiyalar bərpa olunacaq. Bu cür tədbirlər həyata keçirildiyi təqdirdə sizə dərhal məlumat veriləcək”, mətndə deyilir.

 

Bundan əvvəl husilər ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan USS Harry Truman gəmisinə Qırmızı dənizdə bölgəyə gəldikdən sonra yeddinci dəfə hücum etdiklərini bildirmişdilər.

 

Ənsar Allah hərəkatı da İsrailin cənubuna və mərkəzinə kütləvi hücumlar təşkil etdiyini bildirib. Onlar Umm ər-Rəşraş bölgəsində İsrailin həyati əhəmiyyətli hədəflərini hədəf alan hərbi əməliyyat keçiriblər. Əməliyyat dörd qanadlı raketdən istifadə etməklə həyata keçirilib və qarşıya qoyulan məqsədə uğurla nail olunub.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan ABŞ-da etirazla qarşılandı - Foto
Bu dövlət qurumları LƏĞV OLUNDU
Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu